“Neftçi”nin U-17 komandası yoldaşlıq görüşləri keçirməsi məqsədilə Türkiyənin İstanbul şəhərində olan “Neftçi” Futbol Akademiyasının rəsmiləri “Beşiktaş” klubunun qonağı olublar.
İdmanxeber.az-ın məlumatına görə, “Qara qartal”ın “Beşiktaş Nevzat Dəmir” təlim-məşq bazasını ziyarət edib A komandanın üzvləri ilə görüşən klubumuzun nümayəndələri onların məşqini izləyiblər. “Neftçi” PFK-nın Futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizov və “Beşiktaş”ın baş məşqçisi Ole-Qunnar Sulşer bir-birinə hədiyyələr təqdim ediblər və tərəflər xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, fevralın 9-da “Qalatasaray”, 12-də “Beşiktaş”la qarşılaşan “Neftçi” U-17 sonuncu yoldaşlıq matçını ayın 14-də “Fənərbağça Dərəağzı” təlim-məşq bazasında “Fənərbağça”ya qarşı keçirəcək.