22 Fevral 2025
Ölkə futbolu Premyer Liqa

Qərb klubunun azarkeşləri etiraz edir – TOVUZDAN VİDEO

Misli Premyer Liqasının 23-cü tutu çərçivəsində “Turan Tovuz” öz meydanında “Araz Naxçıvan”la qarşılaşır.

İdmanxeber.az-ın Tovuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bölgə təmsilçisinin azarkeşləri qarşılaşmadan öncə “Ədalətli hakimlik istəyirik” pankartı ilə arenaya gəliblər.

Qərb klubunun fanatları “Sabah”la matçdakı hakim idarəçiliyinə etiraz olaraq bu addımı atıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43