22 İyul 2026
Ölkə futbolu

“Bu oyunu aktivimizə yaza bilmərik” – Vasili Berezutski

“Sabah” Misli Premyer Liqasının 23-cü turunda səfərdə “Səbail”lə 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

“Turnir cədvəlinin yuxarı pillələrində olan rəqiblərə qarşı daha yaxşı oynayırıq. Cərimə meydançasına 1-2 dəfə daxil olduq. Amma bunlardan da istifadə edə bilmədik. Süni meydança amili də var. Amma nə olsa da, bu oyunu aktivimizə yaza bilmərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43