24 Fevral 2025
Ölkə futbolu

“Neftçi” azarkeşləri Banişevskini unutmadı – VİDEO 

“Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin anadan olmasından 79 il ötür.

İdmanxeber.az-ın məlumatına görə, bu münasibətlə “ağ-qaralar”ın azarkeşləri sabiq oyunçunun məzarını ziyarət ediblər. Onlar əlverişsiz hava şəraitinə baxmayaraq, Banişevskini unutmayıb.

Fanatlar onun məzarına gül dəstəsi qoyub və Anatolinin “Neftçi” üçün nə qədər dəyərli olduğunu bildiriblər.

Azarkeşlər Azərbaycan futbolunun digər əfsanəsi olan Tofiq Bəhramovun da məzarını ziyarət ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43