“Real”ın yarımmüdafiəçisi Luka Modriçin klubla müqaviləsi mövsüm sonu başa çatır.
İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı daha bir il Madrid təmsilçisindən qalmaq istəyir. 39 yaşlı yarımmüdafiəçi “Real”ın rəhbərliyindən təklif gözləyir.
Modriç bu mövsüm Madrid komandasının heyətində 39 matçda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib.