“Liverpul”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard Şotlandiyanın “Reyncers” klubuna baş məşqçi təyin edilə bilər.
İdmanxeber.az-ın məlumatına görə, gənc mütəxəssisin son klubu Səudiyyə Ərəbistanının “Əl-İttifaq”ı olub. Onun Şotlandiya təmsilçisinə qayıtmaq ehtimalı var.
Xatırladaq ki, Qlazqo klubunun baş məşqçisi Filipp Klement bu gün komandanı tərk edib.Cerrard 2021-ci ildə “Reyncers”lə Şotlandiya çempionu olub.