“Nyukasl”ın hücumçusu Aleksander İsakın gələcək taleyi Premyer Liqadakı mövqelərindən asılı ola bilər.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi futbolçunu saxlamaq istəyir, lakin komanda növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, onun yayda ayrılma ehtimalı yüksəkdir.
Buna səbəb futbolçunun ÇL-də oynamaq istəməsidir. Artıq bu barədə oyunçu rəhbərliyə məlumat verib.