26 İyun 2026
Ölkə futbolu

Tovuz azarkeşləri Premyer Liqada fərq yaratdı

Misli Premyer Liqasının 28-ci turunun ən çox azarkeş qeydə alınan oyunu bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, bu, “Turan Tovuz” – “Qarabağ” matçıdır. Tovuz şəhər stadionunda keçirilən matçı 6500 azarkeş izləyib. 2022/23 mövsümündən Premyer Liqada çıxış edən Tovuz klubunun ev matçlarında bundan çox izləyici olmayıb. Əvvəlki qarşılaşmalarda rekord 6000-ə bərabər idi.

Turun ən az tamaşaçı qeydə alınan görüşü də Tovuzda baş tutub. Ev oyunlarını bu bölgədə keçirən “Kəpəz”in “Səbail”lə görüşünü 400 azarkeş izləyib.

Digər oyunlarda qeydı alınan azarkeş sayı belədir:

“Neftçi” – “Araz Naxçıvan” – 1000

“Sumqayıt” – “Sabah” – 1000

“Zirə” – “Şamaxı” – 800


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43