26 İyun 2026
Dünya futbolu

“Real” portuqaliyalı futbolçunu gündəminə aldı

“Real” “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeslə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi portuqaliyalı oyunçunu heyətinə qatmaq niyyətindədir. Rəhbərlik yarımmüdafiəçini Luka Modriçin potensial əvəzləyicisi kimi görür.

Yayda “kral klubu”nun oyunçu üçün yüksək məbləğdə təzminat təklif edəcəyi bildirilir. 

Fernandes bu mövsüm bütün yarışlarda 44 matçda iştirak edib, 16 qol vurub və 16 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43