26 İyun 2026
Dünya futbolu

“Real”ın ulduzuna sərvət təklif edirlər

“Əl-Nəsr” və “Əl-Əhli”  klubları Vinisius Junior üçün möhtəşəm təklif hazırlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubları oyunçunu transfer etməkdə israrlıdır. Onlar Vinisiusa illik 200 milyon avro civarında müqavilə təklif etməyə hazırlaşır.

Ulduz futbolçunun bu təklifə hansı cavabı verəcəyi hələlik bəlli deyil. Tərəflər arasında danışıqlar yayda start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43