26 İyun 2026
Ölkə futbolu

“Neftçi” azarkeşləri üçün bu addımı atdı – Vacib oyun öncəsi  

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində aprelin 2-si saat 19:30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçının biletləri satışa çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Qərb 1” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 5 (“Cənub alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold”) AZN təşkil edən biletləri keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar.

Rəhbərlik Premyer Liqa oyunları müqayisədə kubok görüşünün vacibliyini nəzərər alaraq, biletlərin qiymətlərində endirim edib.

“Neftçi Arena”nın kassalarında “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 3 AZN) oyun günü saat 13:00-dan etibarən satışda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43