13 İyun 2026
Ölkə futbolu

“Qarşıdakı matçlara hazırlaşacağıq” – Elmar Baxşıyev

“Araz-Naxçıvan” Misli Premyer Liqasının 29-cu turu çərçivəsində öz meydanında “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

“Ağır oyun alındı. Sıx qrafikdə oynayırıq. Bu gün komanda meydanda yaxşı iş ortaya qoydu. Futbolçularımı təbrik edirəm. Qarşıdakı matçlara hazırlaşacağıq. Mövsümün sonudur. Önümüzdəki görüşlərə yaxşı köklənsək, bizim üçün daha faydalı olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43