04 İyun 2026
Ölkə futbolu

Eşqin Tağıyev mükafatlandırıldı

II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Qusar” futbol klubunun üzvü Eşqin Tağıyev mükafatlandırılıb.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, fevral ayının ən yaxşı qolunun müəllifinə mükafatı XX turun “Qusar” – “Lerik” oyunundan əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43