04 İyun 2026
Dünya futbolu

“Mançester Siti”nin hücumçusu klubdan ayrılmağı düşünür

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland klubdan ayrılmağı düşünür.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı futbolçu komandasının son nəticələrindən narazıdır və bu, onu klub dəyişməyə sövq edə bilər. Futbolçunun xidmətində PSJ və “Bavariya” klubları maraqlıdır. 

Onun klubu ilə 2034-cü ilə qədər sözləşməsi olsa da, “şəhərlilər” ona gələcək təklifləri dəyərləndirə bilər. 

Haaland İngiltərə Kubokunun 1/4 finalında “Bornmut”la matçda (2:1) topuqdan zədə alıb. Onun 5-7 həftə meydanlardan kənar qalacağı açıqlanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43