“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen komandanın sıralarına qayıdıb.
İdmanxeber.az-ın məlumatına görə, uzun müddətdir zədəli olan futbolçu komanda ilə məşqlərə başlayıb. Oyunçu zədə səbəbindən cari mövsümün böyük hissəsini buraxıb.
Aprelin 8-də “Barselona” UEFA Çempionlar Liqasının 1/4 finalında Dortmund “Borussiya”sı ilə ilk oyununu keçirəcək.

