Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) son bir ildə dünyanın ən yaxşı çıxış edən qapıçılarının reytinqini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, siyahıda 100 nəfər qapıçı yer alıb. Birinci pillədə italiyalı qolkiper Canluici Donnarumma qərarlaşıb.
“İnter” komandasının qapıçısı Yann Zommer ikinci, “Real”ın oyunçusu Tibo Kurtua üçüncü pillədədir.

