05 İyun 2026
Dünya futbolu

Bundesliqadan Premyer Liqaya

“Frayburq”un yarımmüdafiəçisi Merlin Röhl karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu yay “transfer pəncərəsi” üçün bir neçə Premyer Liqa klubunun hədəfindədir. “Kristal Pelas”, “Liverpul” və “Nyukasl” 22 yaşlı alman futbolçunun xidmətində maraqlıdır.

Oyunçu özü də İngiltərədə çıxış etmək istəyir.

Onun hansı klubda forma geyinəcəyi hələlik bəlli deyil. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43