“Yuventus”un futbolçusu Duqlas Luis yayda komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik futbolçunu satmaq niyyətindədi. Turin klubu 26 yaşlı orta xətt oyunçusu üçün 34 milyon funt-sterlinq tələb edir.
Braziliya millisinin üzvü “Yuventus”da meydana çıxdığı 22 rəsmi matçda qol və ya assistlə yadda qalmayıb.

