04 İyun 2026
Dünya futbolu

“Beşiktaş” “Bavariya”dan futbolçu alır

“Beşiktaş” mövsüm sonunda heyətini gücləndirmək üçün hərəkətə keçib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul  klubu “Bavariya” ilə müqaviləsi başa çatacaq 31 yaşlı Erik Dayeri transfer siyahısına daxil edib. Yayda oyunçu ilə danışıqlar başlanacaq.

Təcrübəli oyunçunun Almaniya təmsilçisindən ayrılacağı dəqiqdir. Rəhbərlik ona yeni müqavilə təklif etməyib. 

Erik Dayer isə hələlik gələcək karyerası ilə bağlı qərarını verməyib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43