04 İyun 2026
Ölkə futbolu

Məşhur klub Mahir Emrelini istəyir – SON DƏQİQƏ!

“Nürnberq” klubunda çıxış edən Mahir Emreli Almaniyanın başqa klubuna keçə bilər.

İdmanxeber.az-a verilən məlumata görə, futbolçunun xidmətində “Herta” (Berlin) komandası maraqlıdır. Yayda sözləşməsi başa çatacaq futbolçuya paytaxt təmsilçisindən təklif var.

Berlin klubu da II Bundesliqada çıxış edir. Komanda hazırda 36 xalla 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Nürnberq” də Mahirlə danışıq aparır. Klub rəhbərliyi yerli mətbuata Emreliylə müqavilə uzatmaq istədiklərini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43