“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hücumçu Pau Viktorla bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis oyunçunun satılmasını istəmir. Baş məşqçi oyunçuya güvənir. Ona gələn təkliflər dəyərləndirilməyəcək.
23 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 24 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

