20 İyun 2026
Ölkə futbolu

Premyer Liqa klubunda ayrılıq? – Millinin sabiq üzvü xarici klubdan təklif aldı

“Sumqayıt”ın futbolçusu Sərtan Taşkın karyerasını ölkə xaricində davam etdirə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı futbolçu Özbəkistan klublarının birindən təklif alıb.

“Kimyaçılar”la müqaviləsi davam edən 27 yaşlı müdafiəçi son qərarını verməkdə tələsmir. Lakin millimizin sabiq üzvü maliyyə məsələsində adı hələ ki, açıqlanmayan özbək klubu ilə ortaq məxrəcə gələ bilsə, o zaman, “Sumqayıt”dan ayrılacaq.

Qeyd edək ki, futbolçu ötən ilin yayından “Sumqayıt”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43