19 İyun 2026
Dünya futbolu

“Real” qərarını verdi – bu futbolçu kluba lazım deyil 

“Real” müdafiəçisi David Alaba ilə yollarını ayırmağı düşünür.

İdmanxeber.az-ın məlumatına görə, bu qərarın əsas səbəbi, avstriyalı futbolçunun son dövrlərdə tez-tez zədələnməsidir. 

2023-cü ilin dekabrında “Vilyarreal”la oyunda sol dizində çarpaz bağların qopması nəticəsində Alaba təxminən 13 ay yaşıl meydanlardan uzaq qaldı.

2025-ci ilin yanvarında komandaya qayıdan futbolçu qısa müddət sonra sol bud əzələsində bir daha zədələndi. Bu səbəbdən də rəhbərlik onu komandadan göndərmək istəyir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43