19 İyun 2026
Dünya futbolu

A Seriyasının ulduzu Premyer Liqaya keçir

“Fiorentina”nın hücumçusu Moyze Kin “Mançester Yunayted”in maraq dairəsindədir.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu Premyer Liqada oynamağa müsbət yanaşır. O, mövsüm 41 oyunda iştirak edərək, 23 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun “Fiorentina” ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin iyununda başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43