19 İyun 2026
Ölkə futbolu

AFFA açıqladı: Bu klublara Premyer Liqa üçün lisenziya verildi

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, iclasda 2025/2026-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqada və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərarları qəbul edib:
Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Baku Sportinq” FK, “Difai” FK, “İmişli” FK, “Karvan” FK, “Kəpəz” PFK İB, “Qəbələ” İK, “Səbail” PFK, “Şamaxı FK”.
I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Cəbrayıl” FK, “Dinamo” FK, “Hypers Quba” FK, “Qaradağ Lökbatan” FK, “Mingəçevir” FK, MOİK FK, “Şahdağ Qusar” FK, “Şəfa” FK, “Şəmkir” PFK, “Şimal” FK, “Zaqatala” FK.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43