22 İyul 2026
Dünya futbolu

İngiltərə klubu Emre ilə danışıq aparır

İngiltərə Çempionşip təmsilçisi “Hall Siti” baş məşqçi axtarışlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, türkiyəli iş adamı Acun Ilıcalının sahib olduğu klub Emre Belezoğlunu komandaya gətirə bilər. Rəhbərlik 44 yaşlı mütəxəssislə danışıq aparır. 

Emre Belözoğlu yanvar ayından “Antalyaspor”u çalışdırır. Onun Super Liqa klubu ilə müqaviləsi gələn ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43