Bu gün Misli Premyer Liqasının 35-ci turu çərçivəsində “Qarabağ” “Kəpəz”i qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, meydan sahibi komandanın heyətində Aleksey İsayev bu görüşü kənardan izləməli olacaq.
Gəncə klubunun isə heyətində qapıçı Santos və müdafiəçi Xvalko cəzalı durumdadı. Mahammadu Ba isə zədəli olduğu üçün Ağdam təmsilçisi ilə görüşdə meydanda olmayacaq.
Qeyd edək ki, matç saat 19:00-da başlayacaq.

