Misli Premyer Liqasının 36-cı turunda “Turan Tovuz” doğma meydanda “Kəpəz”lə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, iki komanda görüşə itkilərlə çıxacaq. “Kəpəz”də cəzalı Luis Paçu, Əli Səmədovla yanaşı, zədəli Elmir Tağıyev oynamayacaq.
Tovuz klubunda də itkilər var. Jo, Denis Marandiçi, Rüfət Əhmədov və Şəhriyar Əliyev zədə səbəbindən Qərb derbisində forma geyinə bilməyəcək.
Qarşılaşma saat 17:00-da start götürəcək.

