“Sabah”ı tərk etmək fikrində deyiləm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri komandanın qapıçısı Stas Pokatilov klubdan ayrılacağı barədə çıxan xəbərlərə münasibət bidirərkən deyib. Təcrübəli qapıçı daha sonra belə davam edib:
“Hazırda bütün fikrimi mayın 31-də “Qarabağ”a qarşı keçirəcəyimiz kubokun final görüşünə yönəltmişəm”.
Xatırladaq ki, Azərbaycan Kubokunun finalında “Qarabağ” “Sabah”la üz-üzə gələcək. Görüş Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda baş tutacaq.

