19 İyun 2026
Dünya futbolu

“Barselona”nın futbolçusu Fransa klubuna keçir

“Barselona”nın hücumçusu Ansu Fati Fransa klubuna transfer olunur. 

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçu “Monako”ya keçməyə razılıq verib.Hazırda klublar arasında danışıqlar davam edir. Fatinin hazırkı dəyəri 5 milyon avro təşkil edir. O, ötən mövsüm “Barselona”nın heyətində 11 oyunda iştirak edib.

 Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43