17 İyun 2026
Dünya futbolu

“Real”ın ikinci komandası ona tapşırıldı

Alvaro Arbeloa “Real”ın ikinci komandası olan “Kastilya”nın yeni baş məşqçisi olub.

İdmanxeber.az-ın məlumatına görə, o, bu vəzifədə Raul Qonzalesi əvəzləyib. Alvaro Madrid klubunun yetirməsidir.

Futbolçu 2001–2006 və 2009–2016-cı illər aralığında “Real”da çıxış edib. 2017-ci ildə futbolçu karyerasını başa vuran sabiq müdafiəçi daha sonra məşqçilik fəaliyyətinə başlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43