21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirəcək.
İdmanxeber.az xəbər verir ki, Belarusda təlim-məşq toplanışında olan Ayxan Abbasovun komandası bu ölkədən olan həmyaşıdları ilə üz-üzə gələcək. Baranoviçi şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, U-21 iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro ilə yoldaşlıq görüşü keçirəcək.

