08 İyul 2026
Ölkə futbolu

“Şamaxı” yay planını açıqladı

“Şamaxı”nın yay hazırlıq planı məlum olub.

İdmanxeber.az xəbər verir ki, təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. İlk mərhələ iyulun 5-i Qəbələdə start götürəcək və iyulun 26-na qədər davam edəcək. İkinci mərhələ isə Şamaxıda baş tutacaq və avqustun 7-nə qədər davam edəcək.

Bölgə təmsilçisi hazırlıq zamanı 5 yoxlama oyunu keçirməyi planlaşdırılır.

Rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri haqda əlavə məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43