Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Fortuna” klubunun dairəsindədir.
İdmanxeber.az-ın məlumatına görə, II Bundesliqa təmsilçisi yarımmüdafiəçi üçün danışıq aparmağa hazırlaşır. Hücumçu axtarışında olan komanda Emrelini heyətinə qatmaq istəyir.
27 yaşlı futbolçunun 2024/25 mövsümünün sonunda 2-ci bundesliqa təmsilçisi “Nürnberq”lə müqaviləsi başa çatıb. Emrelinin tezliklə azad agent qismində yeni kluba keçəcəyi gözlənilir. Yüksək ehtimalla bu, yenidən Almaniya komandalarından biri olacaq.

