02 İyul 2026
İdman

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, finalda “Araz-Naxçıvan” və PFL komandaları üz-üzə gəliblər.

PFL həlledici qarşılaşmada qalib gəlib. Komanda rəqibini 7:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, “Araz-Naxçıvan” başa çatan mövsümdə 52 xalla Yüksək Liqada çempion olub. PFL isə I Liqanı 30 xalla ilk sırada bitirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43