Braziliyanın “Bahia” klubunun hücumçusu Villian Xose karyerasını “Real”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu futbolçunun xidmətində maraqlıdır. 33 yaşlı braziliyalı hücumçu “Real”a keçməyə müsbət yanaşır.
Joze 2024-cü ilin yayından 2025-ci ilin yanvarına kimi “Spartak”da çıxış edib. Moskva klubunda forvard keçirdiyi 13 oyunda 1 qol vurub.

