13 İyun 2026
Ölkə futbolu

Kurban Berdiyevin “qara siyahı”sında daha üç futbolçu var – rəhbərlik bunun üçün çalışır

Yeni mövsüm üçün hazırlıqları davam etdirən “Turan Tovuz” heyətlə bağlı çalışmalara start verib. Bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdiyev heyətdə yer alan bəzi futbolçulardan narazıdır. Onlardan bir çox ilə artıq yollar ayrılıb. 

Təcrübəli mütəxəssis daha çox yerli futbolçuların çıxışından narazıdır. O, bu barədə rəhbərliyə məlumat verib. Hazırda rəhbərlik bu istiqamətdə çalışmalara başlayıb. Berdiyev Veysəl Rzayev, Tural Bayramlı və kapitan Şəhriyar Əliyevlə də yolların ayrılmasını istəyir. Bu futbolçular baş məşqçinin gələcək planlarına daxil deyil.

Ancaq adıçəkilən oyunçulardan Veysəllə Turalın klubla daha bir il müqaviləsi var. Buna baxmayaraq, rəhbərlik onlarla sözləşməni qarşılıqlı olaraq ləğv etmək istəyir. Bu istiqamətdə futbolçularla danışıqlar davam edir. 

Komandanın kapitanı Şəhriyar Əliyevin isə müqaviləsi bitib. Onunla ötən il 1+1 illik müqavilə bağlansa da, müdafiəçi mövsümün çox hissəsini zədəli keçirib. Bu səbəbdən də sözləşməsinin bir illik uzadılması variantı aktivləşməyib. 

Xatırladaq ki, klub bu gün İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə yolları  ayrırdığını açıqlayıb. 

Həsən Quluzadə / İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43