“Real”ın hücumçusu Kilian Mbappe PSJ-ni məhkəməyə verib.
İdmanxeber.az-ın məlumatına görə, fransız ulduz klubun onu 2023-cü ildə müqaviləni yeniləməyə məcbur etmək üçün məşqlərdən kənarlaşdırdığını iddia edir.
Mbappe bu qərarın qeyri-qanuni olduğunu əsas gətirərək məsələni hüquqi müstəviyə daşıyıb.

