04 İyun 2026
Ölkə futbolu

“Şamaxı” portuqaliyalı futbolçu transfer etdi

“Şamaxı” portuqaliyalı futbolçu transfer edib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub yarımmüdafiəçi Dioqu Balau ilə anlaşıb.

25 yaşlı futbolçu ilə 2 illik (1+1) müqavilə imzalanıb.

Qeyd edək ki, D.Balau son olaraq Portuqaliyanın “Uniao Santarem” klubunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43