26 İyun 2026
Ölkə futbolu

“Kəpəz” gürcüstanlı futbolçu transfer edir

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirir.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi gürcüstanlı futbolçu ilə anlaşıb. Adını dəqiqləşdirməyə çalışdığımız oyunçu ilə bir müddətdir danışıq aparılırdı.

Artıq tərəflərin razılığa gəldiyi bildirilir.

Yarımmüdafiəçi mövqeyində çıxış edən oyunçu ilə yaxın günlərdə rəsmi müqavilə bağlanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43