26 İyun 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Dinamo”nun futbolçusu bölgə klubunda – ÖZƏL

“Kəpəz”in heyətini gürcüstanlı futbolçu ilə gücləndirdiyini yazmışdıq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu yarımmüfadiəçi Otar Aptsiauri ilə anlaşıb. Ötən mövsümü “Dinamo”da (Tbilisi) keçirən oyunçu ilə razılıq əldə olunub. Onunla yaxın günlərdə müqavilə imzalanacaq.

Otar ötəm mövsüm “Dinamo”nun heyətində 14 oyun keçirib və 1 qol vurub, 1 məhsuldar ötürmə edib. 24 yaşlı yarımmüdafiəçi bir dönəm Gürcüstan U-19 millisinin də formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43