26 İyun 2026
Dünya futbolu

“Bavariya” niderlandlı futbolçunu istəyir

“Bavariya” “Leypsiq”dən yarımmüdafiəçi Xavi Simons almaqda maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, hazırda 22 yaşlı niderlandlı ilə bağlı klublar arasında danışıqlar hələ başlamayıb. Ancaq Münhen klubu futbolçunu heyətində görmək istəyir.

2024/25 mövsümündə Simons “Leypsiq” üçün bütün yarışlarda 32 matçda 10 qol vurub və 8 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun transfer dəyərini 70 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43