04 İyun 2026
Ölkə futbolu

XƏBƏRİMİZ TƏSDİQLƏNDİ: Abdullayev “Karvan”da

“Karvan” növbəti transferini reallaşdırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisinin sabiq üzvü Araz Abdullayevlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Karvan” 2024/2025 mövsümündə I Liqada üçüncü yeri tutaraq Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

Xatırladaq ki, futbolçunun bölgə klubuna keçidini ilk olaraq İdmanxeber.az saytı yazmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43