04 İyun 2026
Ölkə futbolu

Konfrans Liqası: “Sabah” və “Araz Naxçıvan”ın potensial rəqibi bəlli oldu

“Sabah”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib.

İdmanxeber.az-ın məlumatına görə, bakı təmsilçisi Bolqarıstanın “Levski” klubnu keçsə,  “AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək. 

Turnirdəki digər klubumuz “Araz-Naxçıvan” – “Omoniya” (Kipr) cütünün qalibi isə Liqa mərhələsinə yüksəlmək üçün PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) duelinin güclüsü ilə qarşılaşacaq.

Bu turun ilk oyunları avqustun 21-də, cavab görüşləri avqustun 28-də olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43