04 İyun 2026
Dünya futbolu

“Bayer”də yeni müqavilə

“Bayer”in hücumçusu Patrik Şik klubu ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı çexiyalı ilə yeni müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

Şik 2020-ci ildən “Bayer”də çıxış edir. O, komandada 168 oyun keçirib, 81 qol vurub və 12 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı onun bazar dəyərini 27 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43