“Sabah”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib.
İdmanxeber.az-ın məlumatına görə, bakı təmsilçisi Bolqarıstanın “Levski” klubnu keçsə, “AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.
Turnirdəki digər klubumuz “Araz-Naxçıvan” – “Omoniya” (Kipr) cütünün qalibi isə Liqa mərhələsinə yüksəlmək üçün PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) duelinin güclüsü ilə qarşılaşacaq.
Bu turun ilk oyunları avqustun 21-də, cavab görüşləri avqustun 28-də olacaq.

