16 İyun 2026
Dünya futbolu

“Beşiktaş”ın futbolçusu Serbiya klubunda

Türkiyənin “Beşiktaş” klubu gənc müdafiəçisi Yakub Arda Kılıçı icarəyə göndərib.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı futbolçu 2025/26 mövsümünü Serbiya təmsilçisi “Novi Pazar”ın heyətində keçirəcək. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

 “Beşiktaş” akademiyasının yetirməsi olan Arda Kılıç 2023-cü ildən əsas komandada forma geyinir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43