22 İyul 2026
Dünya futbolu

“Çelsi”nin hücumçusu Kristofer Nkunkuya “Bavariya”dan təklif

“Çelsi”nin fransalı hücumçusu Kristofer Nkunku “Bavariya”nın maraq dairəsinə düşüb.

İdmanxeber.az xəbər verir ki, Münhen təmsilçisi 27 yaşlı forvardı heyətinə qatmaq niyyətindədir.

London klubu futbolçunun transferi üçün ən azı 40 milyon avro tələb edir.

Qeyd edək ki, Nkunku ilə “Çelsi” arasındakı müqavilə 2029-cu ilin iyununa qədər qüvvədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43