20 İyun 2026
Dünya futbolu

“Real” ÇL-də 200-cü qələbəsini qazandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Madridin “Real” klubu Fransa təmsilçisi “Marsel” üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

İdmanxeber.az xəbər verir ki, bu nəticə “kral klubu”nun turnirdəki 200-cü qələbəsi olub. “Real” bu göstəriciyə çatan ilk komanda kimi Çempionlar Liqasının tarixinə düşüb.

Qeyd edək ki, Madrid təmsilçisi turnirin ən titullu komandasıdır – “Real” indiyədək 15 dəfə Çempionlar Liqasının qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43