05 İyun 2026
Ölkə futbolu

Qalmaqallı oyun sonrası “İmişli” rəhbərliyi bu vədlə futbolçuları sakitləşdirdi

“İmişli”nin “Sumqayıt”la görüşdə kobud səhvə yol verdiyindən xəbərdarsınız. Bölgə klubunun üzvləri adı protokolda olmayan futbolçunu meydana buraxaraq komandanın qələbəsini hədər edib. 

Bunun ardından klubda ciddi problem yaranıb. Oyunçular bu səhvi qəbul etmədiklərini və rəhbərlikdən qələbəni dəyərləndirməsini tələb edib.

Söz-söhbətin böyüdüyünü görən klubun prezidenti Kamran Eyyubov məsələyə qarışaraq futbolçuları sakitləşdirib. “İmişli”nin rəhbəri komandaya texniki məğlubiyyət verilsə də, oyunçulara “Sumqayıt” üzərindəki qələbəyə görə pul mükafatı veriləcəyini bildirib. 

Prezidentin bu vədindən sonra futbolçuları sakitləşdirmək mümkün olub.

İdmanxeber.az 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43